XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

06 Sentyabr 2017 - 15:41

Diaqnostik qiymətləndirmədən keçən  müəllimlərin maaşı  yanvarın 1-dən artırılacaq

“2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əmək haqqı artırılıb. Bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olunub”.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla da əməkhaqqının artımı dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 70 faizini əhatə edib. 2017-ci ilin aprel və may aylarında keçirilən diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin əməkhaqqı isə 2018-ci il yanvarın 1-dən etibarən artırılacaq.