XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

06 Sentyabr 2017 - 17:10

UEFA “Qarabağ”a 2 milyon avro mükafat verib

“Qarabağ” klubu Çempionlar Liqasının (ÇL) “pley-off” mərhələsində qazandığı qələbə ilə əlaqədar mükafat alıb.

“Report”un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA-nın ayırdığı 2 milyon avro bonus vəsait AFFA-nın vasitəsilə “Qarabağ” klubunun hesabına köçürülüb.

Qeyd edək ki, “Qarabağ” ÇL-in “pley-off” mərhələsində Danimarka təmsilçisi “Kopenhagen”i iki oyunun nəticəsinə əsasən üstələyərək (1:0, 1:2) turnirin qrupuna düşən ilk Azərbaycan klubu olub.