Ağdamın “Qarabağ” futbol klubunun Antalya toplanışı zamanı yoxlama oyununda qarşılaşacağı rəqiblər bəlli olub.
AZƏRTAC xəbər verir ki, bu barədə klubun direktoru Əmrah çəlikəl məlumat verib.
Ağdam təmsilçisi hazırlıq prosesi çərçivəsində üç yoxlama oyununda qüvvəsini sınayacaq. “Qarabağ” yanvarın 21-də Təbrizin “Traktor Sazi” klubu ilə qarşılaşacaq. Yanvarın 23-də isə komandamız iki görüş keçirəcək. Əvvəlcə Türkmənistan çempionu “Altın Asır”la qarşılaşacaq Qurban Qurbanovun kollektivi daha sonra Polşanın “Yaqelloniya” klubu ilə üz-üzə gələcək.