XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 September 2017 - 10:29

Meksikada 8 bal gücündə zəlzələ oldu –Sunami təhlükəsi gözlənilir

Meksikanın Sakit Okean sahilində 8 bal gücündə zəlzələ baş verib.

“Lenta.ru”nun  verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Geoloji Xidmət Mərkəzi məlumat yayıb. Məlumatda bildirilir ki, yeraltı təkanların episentri Pijijiapan şəhərinin cənub-qərbindən 96 km məsafədə, ocağı isə 35 km dərinlikdə olub.

 Dağıntı və zərərçəkənlər barədə hələlik məlumat yoxdur.  Bildirilir ki, bu, 1985-ci ildə baş verən və minlərlə insanın ölümü ilə nəticələnən zəlzələdən də güclü olub.

 Qeyd edək ki, həmin regionda sunami təhlükəsinin gözlənildiyi ilə bağlı xəbərdarlıq edilib. Honduras, Nikaraqua, Qvatemala, El Salvador, Kosta Rika, Panama və Ekvador kimi bölgələrin də sunamidən təsirsiz ötüşməyəcəyi deyilir. (APA)