XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 April 2015 - 06:42

YUNESKO: “Dünyada uşaqların ancaq yarısı məktəbə gedir”

Картинки по запросу yunesko

Dünyada bu günədək 60 milyon uşaq heç bir təhsil almır

2015-ci ildə dünya ölkələrinin ancaq yarısı bütün uşaqları ibtidai təhsillə təmin etməyə nail ola bilib.

Strateq.az BBC-yə isnadən bildirir ki, qurumun məruzəsində dünyada bu günədək 60 milyon uşağın heç bir təhsil almadığı etiraf olunub.

Məruzədə bildirilir ki, Əfqanıstan, Nepal, Syerra-Leone, Ruanda, Tanzaniya və Hindistan irəliləyişə nail olub, lakin Pakistan, Nigeriya, Efiopiya, Niger və çad əvvəlki kimi qarşıya qoyulmuş məqsəddən uzaqdır.

YUNESKO qeyd edir ki, təhsil sahəsində yeni məqsədlər 2030-cu ilə hesablanıb, lakin onun həyata keçirilməsi üçün əlavə 20 milyard dollar lazımdır.