XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

08 Sentyabr 2017 - 11:42

Qubada 4 uşaq atası tələbə adını qazanıb –Böyük oğlu hərbi xidmətdə olan kişi əyani oxuyacaq

Quba rayonunun Əspərasti kənd sakini Əfsəl Qaziyev 48 yaşında tələbə adını qazanıb.

AZƏRTAC xəbər verir ki, Əfsəl Qazıyev Dövlət İmtahan Mərkəzinin 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirdiyi test imtahanında iştirak edərək Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbəsi adını qazanıb. Böyük oğlu hərbi xidmətdə olan dörd övlad atası Əfsəl Qazıyev aqronomluq fakültəsində ekologiya ixtisası üzrə əyani təhsil alacaq.

Əfsəl Qazıyev AZƏRTAC-a müsahibəsində bildirib ki, ali məktəbə sənəd verərkən ailəsi onun qərarını dəstəkləyib. IV ixtisas qrupu üzrə ilk imtahanda 157 bal toplayan abituriyent ikinci imtahanda nəticəsini 198 bala çatdırmağı bacarıb. O, qəbul imtahanlarına X sinifdə təhsil alan qızı Sarıköynəklə birgə hazırlaşıb.