XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

08 Sentyabr 2017 - 19:09

Livanda qəzada ölmüş azərbaycanlı idmançının cənazəsi Naxçıvana yola salınıb –XİN

Livanda yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirmiş Azərbaycan vətəndaşı Xəzər Əliyevin cənazəsi bu gün Türk Hava Yollarının Beyrut-İstanbul-Naxçıvan reysi ilə Azərbaycana yola salınıb.

Bu barədə APA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Livandakı səfirliyinin Konsulluq münasibətlərinə dair Vyana konvensiyasına uyğun olaraq atdığı addımlar, Livanın dövlət strukturları, vəkillər və mərhuma ilkin yardım göstərmiş xəstəxana ilə apardığı danışıqlar nəticəsində cənazənin Azərbaycana yola salınması təmin olunub.

Cənazəni mərhumun anası Məlahət Həsənova müşayiət edir.