XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2015 - 17:56

Azərbaycanda maşın bazarı niyə çökür? – Səbəblər

“Son 3 ay ərzində Azərbaycana cəmi 3925 minik avtomobili gətirilib. Bu, keçən ilin sentyabr-noyabr aylarında idxal olunan minik avtomobillərinin sayından 3 dəfə azdır”.

Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, ilin əvvəlindən ölkəyə 25147 ədəd avtonəqliyyat vasitəsi gətirilib. Bunun 22746-sı minik avtomobilidir: “Son üç ayda Azərbaycana vur-tut 4500 avtomobil gətirilib”.

Ekspertlər avtomobil idxalının azalmasında əsas problemi tələbin kəskin azalması ilə əlaqələndirmirlər. Baxmayaraq ki, onlar əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsini avtomobil bazarında geriləməyə gətirib çıxaran amillər sırasından da çıxarmırlar.

Eyni zamanda bildirilir ki, bank sistemində baş yerən hadisələr digər sektorlara da təsirsiz ötüşmür. Avtokreditlərin verilməsinə qoyulan məhdudiyyət, manatın dəyərsizləşməsi və s. idxalçıların əl-qolunu bağlayıb: “Avtonəqliyyat vasitələrinin idxalı üçün aksiz dərəcələrinin bu ilin əvvəlindən artırılması, eləcə də Avro-4 ekoloji standartının tətbiqi bahalaşmaya gətirib çıxarıb. Xarici valyutada alınan avtomobillər yerli bazarda milli valyutada bahalaşdı. Bu isə idxalın azalmasında az rol oynamır.

Distribütor və dillerlərin satışı stimullaşdırmaq üçün lizinq şərtlərini təklif etməsi hələ ki, ciddi irəliləyişə gətirib çıxarmayıb”.

“Azadlıq” radiosu