XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 September 2017 - 11:33

Güclü sel nəticəsində bağlananQuba-Xınalıq yolu açılıb

Ötən gün axşam saatlarında güclü sel nəticəsində bağlanan Quba-Xınalıq yolu açılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, leysan yağışları nəticəsində yolun 36,42,50 və 54-cü kilometrliyinə qaya parçaları düşüb. Yol təxminən 5-6 saat bağlı qalıb.

Gecə saatlarında əraziyə “Azəryolservis” ASC-nin Quba 6 saylı Yol İstismar İdarəsinin ağır texnikası və canlı qüvvəsi cəlb olunub. Yolda avtomobillərin hərəkəti bərpa olunub.

Bəzi ərazilərdə təmizləmə işləri hazırda da davam etdirilir.