XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

09 Sentyabr 2017 - 17:40

Hədəf Kurslarından yeni layihə –3000 kitab pulsuz paylanacaq!

Artıq 9 ildir fəaliyyət göstərən Hədəf Kursları fəaliyyətə başladığı ilk illərdən təhsilimizin inkişafına, gənclərin maariflənməsinə dəstək məqsədilə bir neçə sosial layihəyə imza atıb.

Strateq.az xəbər verir ki, Hədəf Kurslarının növbəti layihəsi yeni tədris ilinin başlanğıcında “Bilik günü” münasibətilə keçirilən ”Pulsuz 3000 kitab” aksiyasıdır.

Məlum olduğu kimi, hər il ali məktəblərə hazırlaşan abituriyentlərin kitab və test vəsaitlərini alması müəyyən qədər maddi sıxıntıya səbəb olur. Bu maddi sıxıntını aradan qaldırmaq üçün Hədəf Kursları 3000 dərslik, bədii kitab və test vəsaitlərini şagirdlərə ödənişsiz paylayacaq.

Eyni zamanda layihəyə qoşulmaq istəyən kənar şəxslər də istifadəyə yararlı, lakin ehtiyacları olmayan dərslik, bədii kitab və test vəsaitlərini gətirib imkansız şəxslərin oxumasına dəstək ola bilər.

Aksiya 16 sentyabr 2017-ci il tarixdə saat 15:00-dan 18:00-dək Hədəf Kurslarının 20 Yanvar filialında (Tbilisi pr.72, Azərbaycan Universitetinin köhnə binası) keçiriləcək.