XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 September 2017 - 19:21

Ağdamda qidadan zəhərlənən ailənin üzvləri yenidənxəstəxanaya yerləşdirilib

Ağdamda 3 gün əvvəl qidadan zəhərlənən ailənin 6 üzvü yenidən Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
 
APA-nın  Qarabağ müxbirinin xəbərinə görə, 8 sentyabr axşam saatlarında Ağdam Mərkəzi Rayon Xəstəxanasına zəhərlənmə diaqnozu ilə daxil olan rayonun Zəngişalı kənd sakinləri 1995-ci il təvəllüdlü Süleymanova  Nərmin Mətləb qızı, 1992-ci il təvəllüdlü Süleymanov Nicat Şöhlət oğlu,  1988-ci il təvəllüdlü Həsənova Nüranə Üzeyir qızı, 1970 Süleymanova Telli Səməd qızı, 1964-cü il təvəllüdlü Süleymanova Radə Mirzalı qızı və 1959-cu il təvəllüdlü Həsənova  Bəsurə Səməd qızı səhhətlərində yaranan narahatlıqla bağlı yenidə xəstəxanaya çatdırılıb.
 
Onların  ev şəraitində bişirilən peraşkidən zəhərləndikləri ehtimal olunur. Həkimlər xəstələrin vəziyyətini orta ağır qiymətləndirir.