XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 September 2017 - 20:41

Meksikada zəlzələ qurbanlarının sayı 95 nəfərə çatıb

 Meksikada güclü zəlzələ nəticəsində həlak olanların sayı 95 nəfərə çatıb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Meksika Xarici İşlər Nazirliyinin məlumatına görə, zəlzələ ən çox Oaxaka, Çyapas və Tabasko ştatlarına zərər vurub. Təbii fəlakət 95 nəfərin ölümü, yüzlərlə insanın yaralanması və ciddi maddi itkilərlə nəticələnib.

Xatırladaq ki, Meksika sahillərində 8,2 bal gücündə zəlzələ cümə günü baş verib. Zəlzələ ocağı 33 kilometr dərinlikdə yerləşib. Sunami nəticəsində yaranmış dalğaların maksimal hündürlüyü bir metrə çatıb.