XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

12 Sentyabr 2017 - 12:58

Dövlət Komissiyası:"3868 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır"

"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının  İşçi Qrupu son 2 ildə itkinlərə aid siyahıların dəqiqləşdirilmə sahəsində ciddi və təxirəsalınmaz işlər aparır. Hazırda bu iş yekunlaşıb. Amma problemin həssas, eyni zamanda humanitar tərəfini nəzərə alsaq, siyahıda cüzi dəyişikliklərin edilməsi mümkündür". 
 
APA-nın məlumatına görə, bunu  Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib. Onun sözlərinə görə, dövlət komissiyasında 1 sentyabr 2017-ci il tarixə olan məlumata əsasən, 3868 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb: "Onlardan 3126 nəfəri hərbiçilər 742 nəfəri mülki şəxslərdir. Mülki şəxslərin arasında 62 nəfər uşaq, 262 nəfər qadın, 302 nəfəri isə qocalardır. Bundan başqa, itkin düşmüş 3868 nəfərin 872 nəfəri intensiv hərbi əməliyyatlar zamanı Ermənistan hərbiçiləri tərəfindən əsir və girov götürülməsi, saxlanılması barədə məlumatlar əldə edilib. Onlardan 591 nəfəri hərbiçi, 281 nəfəri mülki şəxsdir. Mülki şəxslərin arasında 29 uşaq, 98 qadın, 111 qoca olub. Münaqişə zamanı Ermənistan tərəfindən bütün beynəlxalq normalar pozulub".