XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 December 2015 - 12:57

İcra başçısı aksiya xəbərinə reaksiya verdi – Açıqlama

“”Binə” Ticarət Mərkəzində etiraz aksiyasının keçirilməsi barədə sosial şəbəkələrdə və bəzi saytlarda yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Bunu musavat.com-a açıqlamasında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov deyib. Onun sözlərinə görə, “Binə” və ya “Sədərək” Ticarət mərkəzlərində heç bir etiraz aksiyası keçirilməyib. İcra başçısı aksiya xəbərlərinin yayılmasını təxribat kimi qiymətləndirib. 

Süleyman Mikayılov əlavə edib ki, hazırda sahibkarlar son devalvasiya ilə bağlı idxal olunan malları çeşidləyirlər və qiymətləri xarici valyutaların son məzənnəsinə uyğunlaşdırırlar. 

Qeyd edək ki, gün ərzində Facebook sosial şəbəkəsində “Binə” Ticarət Mərkəzində etiraz aksiyasının keçirilməsi ilə bağlı video yayılıb. Video bu gün çəkilmiş kimi qələmə verilsə də, qısa araşdırma nəticəsində məlum olub ki, görüntülər 2013-cü ilin yanvarına aiddir.