XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

13 Sentyabr 2017 - 13:25

Meksika universitetləri Azərbaycan İnşaat Universiteti ilə maraqlanır  –Görüş  

Meksika universitetləri ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti   arasında əməkdaşlıq müzakirə olunub.

Meksikanın Azərbaycandakı səfirliyindən  Strateq.az  saytına bildiriblər ki, səfir Rodriqo Labardini ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova arasında baş tutan görüşdə müxtəlif mövzulara toxunulub, universitetlərarası əlaqələrdən söhbət açılıb. Səfir Labardini,  Mexiko şəhərindəki yüksək səviyyəli təhsil ocaqlarından, Puebla, Quanaxuato, Verakruz və bu kimi digər şəhərlərdə yerləşən ali təhsil ocaqlarının təqdim etdiyi imkanlardan bəhs edib.

Hər iki tərəf memarlıq və inşaatda olan aktual problemləri, eyni zamanda,  onların həlli yollarını müzakirə edib.

Meksika memarlığı dedikdə ölkə hazırkı ərazisində həyata keçirilmiş tikinti və dizayn işləri, eyni zamanda, xarici ölkələrdə meksikalı memarlar tərəfindən yaradılan layihələr nəzərdə tutulur. Özündə ispanların gəlişindən əvvəlki və müstəmləkə dövrlərinin təsiri ilə müasir elementləri cəmləşdirdiyinə görə seçilir. Müxtəlif şəhərlərin tarixi mərkəzlərinin ümumi sayı daxil olmaqla, Meksikanın memarlıq abidələrinin çoxunun bədii əhəmiyyəti sayəsində ölkə Yunesko tərəfindən Bəşəriyyətin İrsi elan olunan məkanların sayına görə Amerika qitəsində ilk yeri tutur.

Strateq.az