XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

13 Sentyabr 2017 - 14:42

Azərbaycanda “dron”lardan istifadə qaydalarına dəyişiklikedildi

"Pilotsuz mülki uçuş aparatlarının istifadəsi Qaydaları" layihəsinə dəyişikliklər edilib.

Bu barədə virtualaz.org-a Dövlət Mülki Aviasiya Administrasiyasından məlumat verilib. Məlumatda vurğulanır ki, layihə pilotsuz mülki uçuş aparatlarının idarə edilməsi tələblərini, habelə təhlükəsizlik və əməliyyat standartlarını və şərtlərini özündə ehtiva edir. Sənəd Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarından (cəmi: 10 qurum) daxil olan və qəbul oluna bilən rəy və təkliflər nəzərə alınmaqla, razılaşdırılma mərhələsindən keçib və 2015-ci ilin 8 sentyabr tarixində Nazirlər Kabinetinə təqdim edilib.

Qeyd edilən qaydaların Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən təsdiq ediləcəyi barədə Nazirlər Kabinetinin göstərişi daxil olub. Sonrakı mərhələdə sözügedən qaydaların layihəsində müəyyən zəruri dəyişikliklər edilib.