XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2015 - 07:09

Bakıya və Azərbaycanın bir sıra rayonlarına qaz verilməsində məhdudiyyət olacaq – SOCAR

qaz soba.jpg

Bu gün ölkənin bir sıra rayonlarında qazın verilməsi ilə bağlı məhdudiyyətlər olacaq.

Bu barədə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Dekabrın 23-də saat 10-dan 18-dək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” idarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Albalı” və “Maştağa”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Quba”, “Şabran-Taxtalar” və “Xaçmaz”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Xaldan” və Astara magistral qaz kəmərləri sahəsinin “Şahağacı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Ağdaş rayonunun Qəribli, Yevlax rayonunun Gülövşə, Qaraoğlan, Xaldan və Quşçu, Astara rayonunun Şahağaçı, Kakolos, Təngəvüd, Maşxan, Pensər və Siyəkaran kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

SOCAR-ın mətbuat xidməti həmçinin qeyd edib ki, aparılan işlərin Bakının Xəzər rayonunun Albalı, həmçinin Sabunçu rayonunun Maştağa və Nardaran qəsəbələrinin, eyni zamanda Quba, Şabran, Xaçmaz, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.