XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2015 - 08:45

“Azərbaycan Dəmir Yolları” QSC biletlərin qiymətini qaldırdı – Rəsmi

Azərbaycan Dəmir Yollarında beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarlarında bilet dəyərində artım olub.

Bu barədə Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

N.Əzməmmədov bildirib ki, bu günlərdə dollar kursunda artımın olması biletlərin də qiymətinə təsir edib: “Bizim kassalarda hər gün dolların kursuna uyğun satış həyata keçirilir. Buna görə də dolların kursunda artım olması biletlərin də qiymətinin artmasına səbəb olub. Qiymətlərdə hər gün fərqlilik ola bilər.

N.Əzməmmədovun dediyinə görə, əvvəl Bakı-Tiflis istiqamətində hərəkət edən qatarda biletinin dəyəri 50-52 manat idisə, indi bu qiymət 70-78 manata kimi qalxıb.

Lent.az