XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2015 - 10:09

“Biz özbaşına deyilik ki…” – “Avtovağzal” rəhbərliyindən açıqlama

Bakı Beynəlxalq Avtovağzal Kompleksi bilet satışının dayandırılması ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib.

Qurumun şöbə müdiri Mətləb Abidi AzVision.az-a açıqlamasında bildirib ki, qiymətlərin artırılması və ya bilet satışının dayandırılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir: 

“Biz özbaşına deyilik ki, bilet satışını dayandıraq, qiyməti artıraq. Bütün qiymətlər Tarif Şurası tərəfindən tənzimlənir. Bilet satışının dayandırılmasından söhbət gedə bilməz. Bütün rayonlara bilet satışı 2007-ci il fevral ayında təsdiq olunmuş qiymətlərlə həyata keçirilir”.

M.Abidi bayramla əlaqədar 11 nəfərdən ibarət Nəzarət Komissiyasının yaradıldığını vurğulayıb: “Bayram günlərində ehtiyac olarsa, bütün istiqamətlərdə əlavə avtobuslar ayrıla bilər. Qiymətlərin süni artırılmasına ciddi nəzarət olunacaq. Baş verə biləcək neqativ halların qarşısı alınacaq”.

Şöbə müdirinin sözlərinə görə, gün ərzində 7000-7500 sərnişin daşınırsa, hazırda bu rəqəmlər 16-17 min arası dəyişir.