XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

16 Sentyabr 2017 - 14:05

Nazir müavini:"Təsdiqlənmiş dövlət proqramı Azərbaycan gənclərinin inkişafında yeni mərhələ olacaq"

Prezident İlham Əliyev tərəfindən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncamın imzalanması əlamətdar haldır.

Trend-in məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

İ.Babayev bildirib ki, bu Dövlət Proqramı Azərbaycan gənclərinin inkişafında yeni bir mərhələ olacaq: “Məhz növbəti neft sazişi imzalandıqdan sonra gənclərə yönəlmiş dövlət sənədinin qəbul edilməsi rəmzi xarakter daşıyır. Hər iki sənəd Azərbaycanın gələcəyini, inkişafını nümayiş etdirir”.

Nazir müavini qeyd edib ki, Azərbaycanda gəncliyin inkişaf strategiyası qəbul olunub və bu çərçivədə müəyyən dövrləri əhatə edən dövlət proqramları hazırlanır, icra edilir. 2017-2021-ci illəri əhatə edən sənəd sayca artıq 3-cü dövlət proqramıdır: “Bu proqramda müasir dövrün tələblərinə cavab verən, eyni zamanda gənclərin inkişaf strategiyasından irəli gələn hədəflər öz əksini tapıb”.