XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2017 - 15:29

“Yeni Həyat” MMC-dən yayılan xəbərlərə reaksiya:"Şirkət müflis elan olunmayıb"

"Yeni Həyat” MMC müflis elan olunması haqda ölkə saytlarında yayılmış xəbərə rəsmi münasibət bildirib.

Bununla bağlı adıçəkilən şirkətdən Strateq.az-a ünvanlanan məktubda deyilir:

"Bildirmək istərdik ki, "Yeni Həyat" Şirkətlər Qrupunun idarəetməsində bir neçə şirkət var. Bunlardan "Grand Hayat" MTK  Bakı şəhəri Tbilisi prospekti 1034 ünvanında yerləşən yaşayış kompleksinin, "Hayat Palace" MTK Bakı şəhəri İzmir küçəsi 9 ünvanında yerləşən yaşayış kompleksinin inşasını həyata keçirir. "Park Azure" MTK isə Bakı şəhəri A. Cəlilov küçəsində yerləşən yaşayış kompleksinin inşasını tamamlayaraq, istismara verib. "Megafun" AVM isə Bakı şəhəri Nobel prospekti 15 ünvanında yerləşən alış-veriş və əyləncə mərkəzi, komplekslərə xidmət göstərən "Hayat Management" MMC-dir.

Müflis elan edilməsi barədə xəbər yayılmış "Yeni Həyat" MMC Zərifə Əliyeva 55 (binanın görüntüsü əlavə olunur) ünvanında yerləşən yaşayış binasının inşasını həyata keçirərək istismara təhvil verib və 2015-ci il tarixindən etibarən, rəsmi olaraq fəaliyyəti dayandırılmışdır (fəaliyyətin dayandırılması haqqında haqqında arayış əlavə olunur) və binaya xidmətin göstərilməsi üçün "Hayat Management" MMC-yə təhvil verilmişdir".

Şirkət bütün bunları nəzərə alaraq, yayılan məlumatarın həqiqəti əks etdirmədiyini, yəni, "Yeni Həyat"ın müfis elan olunmadığını bəyan edib.