XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

18 Sentyabr 2017 - 09:21

Dünyada aclıq çəkənlərin sayı 815 milyon nəfərə qədər artıb –BMT rəqəmləri açıqladı

Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (IFAD), BMT-nin Uşaq Fondu (UNICEF), Dünya Qida Proqramı (WFP) və Dünya Sağlamlıq Təşkilatı (ÜST) tərəfindən hazırlanmış “Dünyada ərzaq təhlükəsizliyi və qidalanma vəziyyəti 2017 hesabatı”na görə iki il öncə dünyada qida çatışmazlığından əziyyət çəkənlərin sayı 777 milyon idisə, ötən il bu rəqəm 815 milyona yüksəlib.

AZƏRTAC xəbər verir ki, aclıqla üzləşən insanların çoxu müharibələrin getdiyi ölkələrdə məskunlaşıblar.

FAO dünyada iqlim dəyişkənliyi və müharibələrin aclıq səviyyəsini artırdığını bəyan edib. Asiya qitəsində təxminən 520 milyon, Afrikada 243 milyon, Latın Amerikası və Karib dənizi bölgəsində 42 milyondan çox sakin aclıqdan əziyyət çəkir.

Hesabata görə, Afrikanın 20, Asiyanın 11,7, Latın Amerikası və Karib dənizi bölgəsinin 6,6 faizi qida çatışmazlığı ilə üz-üzədir.