Abşeronda binanın 5-ci mərtəbəsindən yerə yıxılan körpə sağ qalıb.
"Report"un xəbərinə görə, hadisə Xırdalan şəhərində baş verib. Belə ki, 27-ci məhəllə ev 53 ünvanında yerləşən binanın beşinci mərtəbəsində yaşayan 2015-ci il təvəllüdlü Məmmədov Murad Fərahim oğlu ehtiyatsızlıqdan eyvanın pəncərəsindən yerə yıxılıb. Körpə orta ağır xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
Araşdırma aparılır.