XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

18 Sentyabr 2017 - 14:08

Fillər Myanmardan olan müsəlman qaçqınların düşərgəsinə hucum edib –Ölənlər və yaralananlar var

Bu gün səhər saatlarında fillər Banqladeş-Myanmar sərhədində, Koks-Bazar şəhəri yaxınlığında yerləşən qaçqın düşərgəsinə hücum edib.

 APA-nın "Reuters"-ə istinadən verdiyi xəbərə görə, Rohingya əyalətindən olan iki müsəlman qaçqın fillərin ayaqları altında qalaraq ölüb, 5 nəfər isə xəsarət alıb. Ölənlərdən biri 55 yaşlı kişi, digəri 2 yaşlı uşaqdır.

 Yaralılar yerli xəstəxanaya çatdırılıb.  Bildirilir ki, Myanmar hadisələrinə görə, avqustun 25-dən sentyabrın ortalarına qədər 410 min nəfər Banqladeşə qaçmağa müvəffəq olub. Banqladeş sərhədində qaçqın düşərgələri artıq tam dolub.

 Qeyd edək ki, Myanmar ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan bölgəsində yerli müsəlmanlara hücumları nəticəsində çoxlu sayda müsəlman öldürülüb. Onlarla kənd yandırılıb, on minlərlə müsəlman təhlükəsizlik məqsədilə bölgədən qaçmağa çalışır.