XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 September 2017 - 15:05

Bakıda “Alov Qüllələri”ndə taktiki təlim keçiriləcək –FHN

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti sentyabrın 18-də saat 15:00-da Bakı şəhərində “Alov qüllələri” kompleksində “İnsanların təxliyyəsi və baş vermiş hadisəyə müdaxilənin düzgün təşkili” mövzusunda xüsusi taktiki təlim keçirəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, təlimə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin 6 ədəd xüsusi texnikası və 40 nəfər canlı qüvvəsi cəlb olunacaq.