XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

18 Sentyabr 2017 - 15:54

Qalib Salahzadənin oğlu apellyasiya şikayəti verib –Şikayətçi ərizəsini geri götürdü

Milli Məclisin sabiq deputatı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verilib.

Bu barədə "Report"a Ə.Salahzadənin vəkili bildirib.

Onun sözlərinə görə, məhkəmə qərarından Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. Vəkil həmçinin qeyd edib ki, zərərçəkmiş Elbəy Mirzəyev şikayət ərizəsini geri götürüb: "O, şikayət ərizəsini istintaqa təqdim edib".

Qeyd edək ki, Ə.Salahzadəyə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi isə ittiham olunur. Həmin maddəyə əsasən, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməyə görə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.