XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 September 2017 - 12:05

“Bakının kanalizasiya sisteminin yenidən qurulması bir ay ərzində bitməlidir” –Abid Şərifov

"Bakının kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı işlər gedir və bir ay ərzində bitməlidir".

Bunu baş nazirin müavini Abid Şərifov deyib.

O bildirib ki, bu işlərin yekunlaşması üçün prezident İlham Əliyev tərəfindən "Azərsu"ya 12 milyon manat vəsait ayrılıb.

A. Şərifov qeyd edib ki, 9 layihə konkret təhlil olunub, aidiyyəti qurumlarla razılaşdırılıb: "İşlər gələn ayın sonuna kimi qurtarmalıdır ki, insanlar qışda, yağışda, qarda əzab-əziyyət çəkməsin".

APA