“Pensiya və müavinətlərin ödənişində problem yoxdur” – DSMF sədri

“Azərbaycanda manatın məzənnəsinin dəyişməsi 2016-cı ildə pensiya və müavinətlərin ödənişi ilə bağlı problem yaratmır”
Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.
Onun sözlərinə görə, Fondun bunun üçün kifayət qədər vəsaiti var. E.Mehdiyev qeyd edib ki, hər il olduğu kimi gələn ildə də inflyasiyanın səviyyəsinə uyğun olaraq pensiyaların sığorta hissəsinin və fərdi hesablarda toplanan pensiya kapitalının indeksləşdirilməsi aparılacaq.
O, əlavə edib ki, indeksləşdirmə 2015-ci ilin yekunları üzrə istehlak qiymətləri indeksi əsasında aparılacaq.
Trend