XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

19 Sentyabr 2017 - 23:14

Səbaildə söküntü zamanı 10-dan çox ev qəzalı vəziyyətə düşdü –VİDEO

13 evin söküntüsü, elə bir o qədər də evə ziyan vurub.

Strateq.az Xəzər TV-yə istinadən xəbər verir ki, Buxta küçəsi 1 ünvanında yaşayan sakinlərin sözlərinə görə, təxminən bir aya yaxındır ki, rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən evlərinə bitişik 13 evin söküntü işləri aparılarkən onların mənzillərinə ciddi ziyan dəyib. Bir neçə evdə iri çatlar əmələ gələrək mənzillər zəncirvari olaraq qəzalı vəziyyətə düşüb.

Kadrlardan da görünür ki, söküntü işləri zamanı digər mənzillərin təhlükəsizliyi ilə bağlı heç bir tədbir görülməyib. Yəni söküntünü kortəbii şəkildə aparırlar.

Səbail rayon İcra Hakimiyyətindən verilən məlumata görə, bu işlər pilot layihə çərçivəsində həyata keçirilir. Gələcəkdə həmin evlərin sakinləri də ərazidən köçürüləcək.

Bəs söküntü və ya tikinti işləri apararkən nələrə diqqət etmək lazımdır ki, ətrafdakı tikililərə ziyan dəyməsin?

Eksperti Şirin Şərifov deyir ki, əvvəlcə söküntüsü aparılacaq yerin planına və real vəziyyətinə baxış keçirilməlidir. Bundan sonra ərazidə təhlükəsizlik tədbirləri görülməklə söküntü işləri aparıla bilər.

Ekspertin sözlərinə görə, əgər söküntü zamanı digər mənzillərin qorunması mümkünsüzdürsə, onda evlərin sahibləri ilə razılaşdırılıb müəyyən kompensasiya verməklə onların evlərini də plana salıb işləri aparmaq olar.

Şirin Şərifovun sözlərinə görə, dünya təcrübəsində də var ki, əgər bir tikilinin söküntü planı aidiyyati dövlət qurumuna təqdim edilməsə, onun tikintisinə icazə verilmir. Yəni bütün tikililərin gələcəkdə sökülməsi üçün də layihəsi olmalıdır.