XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

20 Sentyabr 2017 - 12:37

MDB məkanında turizm üçün cəlbedici şəhərlər- Bakı hansı sıradadır?

“TurStat” analitik agentliyi 2017-ci ilin payızında səyahətlər üçün turistlər arasında populyar olan MDB şəhərlərini müəyyən edib. Azərbaycanın paytaxtı populyarlığına görə MDB məkanının ilk üç şəhəri sırasında yer alıb.

Azərtac agentliyin saytına istinadla xəbər verir ki, Bakı Minsk, Astana, Almatı, Daşkənd, Aşqabad, Kiyev kimi şəhərlərlə bərabər, bu ilin payızında turistlər arasında populyar olan ilk on şəhərdən biri sayılıb. Reytinq otellərdə turistlər üçün nömrələrin onlayn rejimdə sifariş edilməsi sisteminin məlumatlarının təhlilinin nəticələri əsasında tərtib edilib.

“TusStat”ın məlumatına görə, payızda turistlər Bakıya, orta hesabla, üç gün müddətinə gəlirlər və yaşamaq üçün gündə 78 dollar xərcləyirlər. MDB-nin ən ucuz şəhərləri Bişkek və Kişineu, ən bahalı şəhəri Astanadır.