XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

20 Sentyabr 2017 - 14:37

Xidmət rəisi:"Bakı metrosu sərnişin sayının ikiqat artımına hazır deyil"

"Bakı Metropoliteni" QSC sərnişin sayının 2-3 dəfə artmasına hazır deyil".

"APA-Economics" xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Hərəkət xidmətinin rəisi Etibar İsayev "Caspian European Club"da keçirilən biznes-forum zamanı müvafiq sualı cavablandırarkən bildirib.

"Sərnişinlərin sayının 2-3 dəfə artması böyük rəqəmdir. Biz buna hələlik hazır deyilik. Amma sərnişin sayı artdıqca buna müvafiq tədbirlər görəcəyik", – deyə xidmət rəisi qeyd edib.

Qurum rəsmisinin sözlərinə görə, cari ilin əvvəlindən ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınan sərnişinlərin sayı 7 mln. nəfər artıb: "Təbii ki, sərnişinlərin sayı artdığı üçün biz sentyabrın 18-dən qatarların hərəkətində yeni qrafik tətbiq etdik. Sərnişinlərin sayı artdıqca qatarların sayını və qatarlar arasındakı intervalı tənzimləyirik".