Məlumat verdiyimiz kimi, fevralın 13-də Pezident İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.
Belə ki, sərəncamda o da qeyd edildi ki, Nazirlər Kabineti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə Nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir. Qeyd edilən sənədin üstündən 7 ay keçsə də, Əsasnamə hələ də hazır deyil. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytında da yeni Əsasnamə ilə bağlı hər hansı məlumat qeyd edilməyib. Məlumatımıza görə, hələ də yeni Əsasnamənin hazırlanması istiqamətində işlər davam edir.
Saytda olan sonuncu Əsasnamə keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqındadır.(xeberler.az)