XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2015 - 15:19

SOCAR itkin neftçilərin ailələrinə kompensasiya verməyə başladı – Açıqlama

Dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı həlak olan və itkin düşən neftçilərin hər birinin ailəsinə dövlət tərəfindən 15000 (on beş min) manat birdəfəlik maddi yardımln ödənilməsinı başlanılıb.

Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən Strateq.az-a daxil olan məlumata görə, istər “Günəşli”də, istərsə də həmin gün Neft Daşlarındakı 501 saylı özüldə baş vermiş qəzada itkin düşən üç nəfər neftçinin ailəsinə ayrılmış eyni məbləğdə birdəfəlik pul yardımının bu gündən etibarən verilməsinə start verilib:

“Maliyyə vəsaiti müvafiq idarələrin hesabına köçürülüb, həlak olan və itkin düşən şəxslərin ailə üzvləri ilə keçirilmiş görüşlər əsasında yardımın kimin adına sənədləşdirilməsi məsələsi aydınlaşdırılıb və müvafiq prosedurlar həyata keçirilib. Müəyyənləşdirilmiş şəxslərin adına bank hesabları açılması və yardımların həmin hesablara köçürülməsi prosedurları 5 gün ərzində başa çatdırılacaq”.