XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

20 Sentyabr 2017 - 17:54

İqtisadiyyat naziri vətəndaşları qəbul edəcək- Bərdədə

Sentyabrın 22-də iqtisadiyyat naziri Şahin Mustafayev Bərdə, Yevlax, Ağcabədi və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.
 
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən YAP-ın Bərdə rayon təşkilatının inzibati binasında (Ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti, 102) keçiriləcək.
 
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün İqtisadiyyat Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Aran regional bölməsi (əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 337-82-81, (055) 206-88-52, elektron poçt ünvanı: [email protected] ) vasitəsilə müraciət edə bilərlər.
 
Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin www.economy.gov.az saytında və "Facebook" səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.