Sentyabr ayı ərzində Meksika yüzlərlə ölü, yaralı və böyük miqdarda ziyan baş vermiş iki zəlzələ ilə üzləşib.
Strateq.az xəbər verir ki, Meksikanın tarixində ən güclü zəlzələ sentyabrın 7-də baş verib və onun gücü Rixter şkalası ilə 8,2 bal təşkil edib. Həmin zəlzələ ölkənin cənubunda yerləşən Çiapas və Oaxaka ştatlarında 97 insan tələf olub. Sentyabrın 19-da Rixter şkalası ilə 7,1 bal gücündə olan digər güclü zəlzələ qeydə alınıb. Bu ikinci zəlzələ ölkənin yeddi ştatında hiss edilib. Zəlzələdən əziyyət çəkmiş ştatların təqdim etdiyi rəsmi son məlumatlara əsasən, zəlzələ nəticəsində 246 insan həlak olub, Mexiko şəhərində 38 bina dağılıb və yeddi ştatda çoxsaylı ziyanlar yer alıb. Ikinci zəlzələnin episentri Mexiko şəhərindən 120 km məsafəsində yerləşib, məhz ona görə ölkənin mərkəzində təkanlar güclü şəkildə hiss olunub. Yerin titrəyişi Meksikanın paytaxtında çoxsaylı panika və qorxu səhnələrinə səbəb olub, belə ki, təkanlar 1985-ci ilin sentyabrın 19-da baş vermiş və minlərlə insan tələfatına gətirmiş, Rixter şkalası ilə 8,1 bal gücündə olmuş zəlzələnin anılması üçün meksikalıların küçələrdə toplanmasından iki saat sonra baş verib.
Prezident Enrike Penya Nieto sentyabrın 19-da MX Planını işə salaraq silahlı qüvvələrə dağıntılar altında sağ qalanların xilas edilməsində yerli hakimiyyət və vətəndaşlara kömək etmələri üçün əmr verib. Eyni zamanda, 7 sentyabr zəlzələsi nəticəsində ziyan çəkmiş Çiapas və Oaxaka əhalisinə yardımın davamlı şəkildə göstərilməsinə dair təlimat verib.
Strateq.az