XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

21 Sentyabr 2017 - 17:35

Keçmiş deputat Elton Məmmədovdan bacısının işdən çıxarılmasına reaksiya:"Kiməsə təzyiq və təsir edilməməlidir"

Keçmiş məqliyyat naziri Ziya Məmmədovun bacısı, "Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın vəzifəsindən çıxarılmasının əsl səbəbi barədə məlumat yayılıb. 

Bildirilir ki, Nərimanov rayonunda yerləşən "Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın mağazalarda 40 manata satılan məktəbli formalarını liseyin şagirdlərinə 120 manata satdırdığı barədə Təhsil Nazirliyinə şikayətlər daxil olub.

Üçqat baha qiymətə məktəbli forması almağa məcbur edilən valideynlər bildirib ki, direktor şagirdlərin başqa yerdən məktəbli forması almasını qadağan edib. Bundan sonra Təhsil Nazirliyi liseydə araşdırmalara başlayıb.

Məhbubə Məmmədovanın qardaşı Milli Məclisin eks-deputatı Elton Məmmədov Modern.az-ın əməkdaşına bu barədə Məhbubə xanımın özündən soruşmağı məsləhət görüb:

"Hesab edirəm ki, mənim bu barədə fikir bildirməyim düzgün deyil. Ulu öndər Heydər Əliyev deyib ki, "dünyada müəllimdən böyük ad tanımıram”. Hesab edirəm ki, ulu öndər Azərbaycan ziyalısına, müəlliminə bu qiyməti veribsə, bu gün ictimaiyyət, təhsil işçiləri bu adı qoruyub saxlamalıdır. Kiməsə təzyiq və təsir edilməməlidir. Azərbaycan müəlliminə, ziyalısına kiminsə hər hansı qərəzli mövqeyi varsa, o insan daşınıb-düşünüb sədaqət nümayiş etdirdiyimiz dahi şəxsiyyətin sözünə hörmətlə yanaşmalıdır”.