XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

22 Sentyabr 2017 - 12:26

Baş Prokurorluq:"Banklarla bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı artıb"

"Son zamanlar bank və bank olmayan kredit təşkilatları ilə bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı artıb".

"APA-Economics" xəbər verir ki, bunu Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, bank sahəsində həm icraatla bağlı, həm də məhkəməyə  göndərilən işlərin sayı artıb: "Tikinti və vətəndaşların mənzil məsələləri ilə bağlı işlər də Baş Prokurorluğun diqqət mərkəzindədir. Təbii ki, digər sahələrdən də şikayətlə daxil olur, cinayət işləri araşdırılır, məhkəməyə göndərilir".