XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

24 Sentyabr 2017 - 18:00

Rusiyalı turistlər Bakıda gündə təxminən 78 dollar xərcləyir –Siyahı açıqlanıb

“TurStat” analitika agentliyi bu ilin payızında rusiyalı turistlərin ən çox səyahət etdikləri MDB ölkələrindəki şəhərlərin adlarını açıqlayıb.

“Vesti. Ekonomika” saytı xəbər verir ki, Azərbaycan paytaxtı bu siyahıda 3-cü yeri tutub. Məlumatda bildirilir ki, rusiyalı turistlər Bakıya, orta hesabla 3 günlük gəlirlər və gündə təxminən 78 dollar xərcləyirlər.

“Vesti.Ekonomika” Bakını Cənubi Qafqazın ən iri sənaye, iqtisadi və elmi-texniki mərkəzi, Xəzərdə ən böyük liman şəhəri kimi təqdim edir: “Bakı öz tarixinə, sahəsinə və əhalisinin sayına görə Şərqin ən qədim və böyük şəhəridir”.