XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 September 2017 - 11:41

Baş nazirin müavini:""Sovetski"də gələn ilə qədər söküntü işləri aparılmayacaq"

"Bakının “Sovetski” adlanan ərazisində hazırkı mərhələdə gələn ilə qədər yəqin ki, söküntü işləri aparılmayacaq. Gələn il üçün proqram hazırlanır. Ona görə də indidən dəqiq nəsə demək mümkün deyil”.

Bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Abid Şərifov deyib.

O bildirib ki, “Sovetksi” adlanan ərazidə birinci gündən son vaxta qədər heç kim orada belə yaxşı şərait qurulmasına inanmırdı:

“Çox adam düşünürdü ki, orada yeni evlər tikiləcək. Yasamaldan şəhərin mərkəzinə 5 dəqiqə ərzində getmək kimsəyə inandırıcı görünmürdü. İnsanların oradakı yaşayış şəraitinə baxdıqda, onları demək olar ki, bəladan qurtara bildik. İndi həmin insanlar özləri üçün yaxşı şəraitli ev ala bildilər. Orada yaradılan şərait hamısı insanlar üçündür”.

Trend