XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

27 Sentyabr 2017 - 16:05

Gürcüstanın parlament komitəsi hicab probleminəreaksiya verib

Gürcüstan parlamentinin Təhsil, elm və mədəniyyət məsələləri üzrə komitəsinin sədri Mariam Caşi Telavi rayonunun Qaracala kənd məktəbində hicabla bağlı yaranmış insidentə münasibət bildirib.

APA-nın yerli bürosunun xəbərinə görə, komitə sədri bildirib ki, məktəb dindən azad olmalıdır: “Qanunvericilik və subyektiv mövqe ondan ibarətdir ki, məktəb siyasət və dindən azad olmalıdır”.

Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası isə Qaracala məktəbində hicabla bağlı problemi araşdırmağa başlayıb. Təşkilat məsələ ilə bağlı Ombudsman Aparatına müraciət edəcək.
 
Qeyd edək ki,  adıçəkilən məktəbin direktoru hicablı 7-ci sinif şagirdini məktəbə buraxmayıb.