XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2015 - 08:48

İtkin düşmüş 25 neftçinin axtarışı Türkmənistan və İran sektorlarında aparılır – SOCAR

gunesli yanqin.jpg

İtkin düşmüş 25 neftçinin axtarışlarının akvatoriyası genişləndirilib.

“Neft daşları” Neft və Qazçıxarma İdarəsinin ərazisində itkin düşmüş 3 neftçinin və “Günəşli” yatağındakı 10 nömrəli özüldəki qəza nəticəsində itkin düşmüş 22 neftçinin axtarışları hazırda Dövlət Sərhəd Xidmətinin 3 gəmisi vasitəsilə Xəzər dənizinin Türkmənistan və İran sektorlarında aparılır.

Bu barədə azertag.az-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, axtarışlara Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 helikopteri cəlb olunub. FHN-in helikopteri əsasən, Xəzərin cənubunda axtarışlar həyata keçirir.

Yanğının söndürülməsində isə, hazırda ikisi FHN-in və ikisi isə SOCAR tərəfindən BP şirkətindən sifariş olunan 4 gəmi iştirak edir.