Bu gün Xəzər dənizində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən apa.az-a verilən xəbərə görə, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla 12.19-da qeydə alınıb.
60 km dərinlikdən baş verən zəlzələnin maqnitudası 3.1 olub.
Zəlzələ hiss olunmayıb.