XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2017 - 13:23

Sabaha olan hava proqnozu açıqlandı –Yağış yağacaq, leysan, qar gözlənilir

Oktyabrın 3-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

 Mülayim şimal-qərb küləyi, arabir güclənəcək. ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 12-14° isti, gündüz  14-16° isti, Bakıda gecə  12-14°, gündüz  14-16° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yüksək  765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.

 Nisbi rütubət  gecə 85-95 %, gündüz 60-70 % olacaq.

 Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 5-dək Abşeron yarımadasında təmiz və oksigenlə zəngin hava şəraiti müsbət amil olsa da, arabir güclənən xəzri küləyi və yağışlı hava bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

 Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var.

 Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 Havanın temperaturunun gecə  8-13°, gündüz  13-16° isti, dağlarda gecə 2-5°, gündüz 5-9° isti, yüksək dağlıq ərazilərdə gecə 0-5° şaxta, gündüz 0-5° isti  olacağı gözlənilir.