XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2017 - 09:10

Güclü yağış Bakıda ciddi problemlər yaratdı, bəzi evləri su basdı –VİDEO

Paytaxt Bakıya və Abşeron yarımadasına oktyabrın 2-si səhər saatlarından yağmağa başlayan intensiv yağış ötən gecə də davam edib.

Gecənin müxtəlif saatlarında leysan xarakteri alan yağış yollarda problemlər yaradıb.

Daha çox körpülərin altında və yolların çökək hissələrində gölməçələr əmələ gəlib, avtomobillərin və piyadaların hərəkəti çətinləşib.

Bakıətrafı qəsəbələrdə yağışın fəsadları daha ciddi olub. Xırdalan şəhərində, Rəsulzadə, Maştağa və digər qəsəbələrdə yolları və həyətləri su basıb.

Qeyd edək ki, oktyabrın 3-də də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 5-dək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və yağışlı hava bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər/APA.