XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2017 - 23:57

Ağsuda torpaq sürüşməsi gücləndi –70-ə yaxın ev qəzalı vəziyyətə düşüb + FOTO

Torpaq sürüşməsi Ağsu rayonunun Dilman, Xatman və Hacman kəndlərinin sakinlərini çətin duruma salıb. Belə ki, son günlər intensiv yağan yağışlardan sonra ərazidə torpaq sürüşməsi yenidən aktivləşərək geniş ərazini əhatə edib.

APA-nın yerli bürosunun xəbərinə görə torpaq sürüşməsi nəticəsində bir neçə evdə irili-xırdalı çatlar əmələ gəlib. Ötən əsrin 50-ci illərində inşa edilmiş evlər qəzalı vəziyyətə düşdüyü üçün yaşayış üçün təhlükəli hesab edilir. Üç kənddə ümumilikdə 70-ə yaxın torpaq sürüşməsi səbəbindən ev qəzalı vəziyyətə düşdüyü üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən qeydiyyata alınıb.

Qeyd edək ki, intensiv yağan yağışların təsiri nəticəsində Dilman, Xatman və Hacman kəndlərini əhatə edən sürüşmə sahəsində mövcud torpaq çatlarının ölçülərində də genişlənmə qeydə alınıb. Hazırda sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə olunur, yeni sürüşmə sahələri əmələ gəlib. Bir neçə həyətyanı sahədə çökmə baş verib, meyvə bağı və əkin sahələri yararsız hala düşüb.