“Təhsil haqlarının artırılması məsələsinə 2016-cı ilin mart ayında baxılacaq”.
Bunu Təhsil Nazirliyi Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.
Y.Piriyev bildirib ki, təhsil haqlarının artırılması ali təhsil müəssisələrinin səlahiyyətindədir: “Bu məsələ yenə də həmin müəssisələrin səlahiyyətində saxlanılacaq. Hələlik ödənişlərin artımı gündəmdə deyil. Mart ayında universitetlərdə yeni tədris planı qurulacaq. Onda bu məsələyə baxılacaq”. (Report)