XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2015 - 12:22

Nazirlik Qarabağ əlilləri və şəhid ailələrinə 89 mənzil verdi

Azərbaycan prezidentinin 2014-cü il 20 iyun tarixli sərəncamının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məhəmmədi kəndindəki “Göy qurşağı” yaşayış kompleksində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 89 mənzil Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.

Onların ailə üzvlərinin sayına uyğun olaraq, təqdim edilən mənzillərin 10-u birotaqlı, 42-si ikiotaqlı, 37-si isə üçotaqlıdır.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsi xəbər verir ki, yeni mənzillərlə təmin olunan müharibə əlilləri və şəhid ailələri ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarının maddi təminatlarının gücləndirilməsi və həyat şəraitlərinin yaxşılaşdırılması, bütün sosial proqramların davam etdirilməsi istiqamətində aparılan işlərdən razılıqla söz açıblar.

Onlar bütün sahələrdə diqqət və qayğı ilə əhatə olunmalarına, habelə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edilmələrinə görə Azərbaycan prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.