Prezident İlham Əliyev bu gün daha bir sərəncam verib.
Strateq.az xəbər vevrir ki, sərəncama əsasən, İsmayıllı rayonunun Lahıc qəsəbəsində 400 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə 3,5 milyon manat ayrılıb.
***
Prezident İlham Əliyevin digər sərəncamı ilə isə İsmayıllı rayonunun Lahıc qəsəbəsi qazlaşdırılacaq.
Prezident sərəncamında bununla bağlı Dövlət Neft Şirkətinə tapşırıq verilib.