Milli Məclisin deputatı Fazil Mustafa müxtəlif din xadimləri adından yayılan “fətva”larına Azərbaycan cəmiyyətinin verdiyi reaksiyasını tənqid edib.
“Strateq.az” bildirir ki, deputat özünün sosial şəbəkədəki səhifəsində yazdığı qeydində belə yalançı informasiyaların ictimai həyatmızı işğal etdiyini vurğulayıb.
“Mirşahinin verilşindən, sosial şəbəkədəki paylaşımlardan da anladım ki, ölkədə “Həcü başqadı..” deyilən bir “prikol” hətta dolların qalxmasından da önəmli məsələ kimi ictimai həyatımızı işğal edib. üstəlik də rastlaşdımğım adamlardan da bu “prikol” barədə ağızdolusu bəhs etmələrini dinləyəndə “kişinin öz arvadının ətini kəsib yeyə bilər” kimi uydurma bir fətvanın bizim cəmiyyətdə niyə belə tez yayıla bildiyinə də təəccüblənmədim.
Hətta tanınmış bir jurnalistin də “ərəblərdə adam əti yemək adəti olub, necə ki, Əbu Sufyanın arvadı Hind, Vəhşi tərəfindən öldürülmüş Hz. Həmzənin ciyərini yemişdi” sübutuna heç təəccüblənmədim. Hətta belə nəticə çıxarmaq olar ki, ərəblərdə adam yemək imtiyazı İslama qədər qadınlara tanınırdı, İslam gələndən sonra kişilərin bu imtiyazı əldə etməsinə yaşıl işıq yandırıldı. İndi Azərbaycanda haçansa təhsil almış bir ərəb jurnalisti çıxıb bəyan etsə ki, “bu azərbaycanlıları mən tanıyıram, burada ananın öz oğlunun ətini yeməsi adəti var”, yenə də təəccüblənməyəcəyəm.
“Dədə Qorqud” filmindəki məşhur epizodu təhrif olunmuş şəkildə Youtube qoyur ki, baxın, Şöklü Məlikə əsir düşmüş Tural (Uruz) anası Burla Xatuna deyir ki, “mənim ətimi tikə-tikə doğrayıb bişirəcəklər, hamı bir tikə yesə, sən iki tikə ye!” imperativ təklifi bu azərbaycanlıların babaları olan Oğuz türklərinə aiddir. Adamın ətini bişirən də qıpçaq türküdür. İndi buyur, cavab ver bu ərəbə.
Düşüncəsi anlayışı, dünyagörüşü “prikollarla” dolu olan cəmiyyətdə ara – sıra insanları ermənilərin bizə hazırladığı və illərdir göstərdiyi “Qarabağ” “prikol”una baxmağa yönləndirmək lazımdır. Ermənilər təkcə torpağımızı, ətimizi yeməyiblər, beynimizi də yeyiblər. Ona görə də “Həcü başqadü…” deyən “prikol” qəhrəmanı cəmiyyətin nə istədiyini bizlərdən qat-qat yaxşı bilir”.