XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2015 - 09:34

Jirinovski Azərbaycan prezidentinə təbrik məktubu göndərib

jirik.jpg

Rusiya Federasiyasının Dövlət Dumasında RLDP fraksiyasının rəhbəri Vladimir Jirinovski Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Dövlət Dumasında RLDP fraksiyasının deputatları adından və şəxsən öz adımdan təbrik edirəm.

Sizin müdrikliyiniz, peşəkarlığınız, doğma ölkənizə və xalqınıza sədaqətiniz nəzərdə tutulan kurs üzrə düzgün irəliləməyinizə və mühüm dövlət proqramlarının səmərəli şəkildə həyata keçirilməsini davam etdirməyinizə kömək edir. Prezident vəzifəsində Sizin qazandığınız zəfərlər həqiqətən ölçüyəgəlməzdir və artıq ölkənizin ən yeni tarixinə yazılıb.

Sizə uzun ömür, möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar arzulayıram”.